Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Rusiya Federasiyasının bölgələrində Ukraynaya məxsus 5 pilotsuz təyyarəni məhv edib. Vətəninfo.az xəbər verir ki, məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi yayıb.
“Pilotsuz uçuş aparatlarından 2-si Belqorod və Kursk vilayətlərində, 1-i Bryanskda məhv edilib”, – deyə hərbi idarənin açıqlamasında bildirilir.