image-6acc9da5-15d4-3a78-ad09-27aa8ce18d32_850backend

Rusiyada ağır cinayətlərdə təqsirli bilinən şəxslərin səfərbər edilməsinə qoyulan qadağa ləğv ediləcək

image-reklam_sirab_01

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi ağır cinayətlərə görə götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan vətəndaşların müharibəyə səfərbər edilməsinə icazə verən düzəlişləri təsdiqləyib.

Bu barədə BBC məlumat yayıb.

Rusiyada 1997-ci ildən “Rusiya Federasiyasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanun qəbul ediləndən sonra ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin səfərbərliyi qadağan edilib. Bu qadağa bu qanunun 17-ci maddəsinin 4-cü hissəsində yazılıb.

Yeni təşəbbüsün müəllifləri Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, müdafiə nazirinin keçmiş müavini Andrey Kartapolov və onun birinci müavini Andrey Krasov olub.

Dəyişikliklərə Dövlət Dumasının oktyabrın 18-də keçiriləcək iclasında baxılacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki