image-610851839d19a610851839d19b1627935107610851839d198610851839d199backend

Sahibə Qafarova İrana gedir

image-reklam_sirab_01

Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarova İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi İRNA-ya açıqlamasında deyib.

O bildirib ki, xanım S.Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti cümə axşamı günü keçiriləcək rəsmi inauqurasiya mərasimində iştirak edəcək.

Səfir qeyd edib ki, nümayəndə heyətinin tərkibində baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan XİN müavini və bir neçə yüksək vəzifəli şəxslər olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki