image-5backend

“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyi keçirildi.  

image-reklam_sirab_01

Azərbaycan Ordusunun Təlim Tədriz Mərkəzində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 8-ci və 10-cu sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ,​ YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov,  Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəis müavini Kamal Məmmədov, Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimayi Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Nəsimi rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak etmişlər.

22 məktəbdən eyni sayda komandanın iştirak etdiyi yarış münsiflər heyətinin sədri Şahin komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra açıq elan edilib.

İlk öncə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Münsiflər heyətinin sədri «Şahin» komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra yarış açıq elan edildi.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir. Bu kimi oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. O, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Natiq “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və​ ​ məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində ​ əhəmiyyətini vurğulayaraq komandaların hər birinə uğurlar arzulayıb.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbirin əhəmiyyətini vurğulayaraq komanda üzvülərinə uğurlar arzuladı.

Nümunəvi çıxışlardan sonra komandalar 4 növ üzrə mübarizə aparıblar. Sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması və mülki müdafiə hazırlığı üzrə məktəblilər öz bacarıqlarını nümayiş etdiriblər. Qeyd edək ki, rayon mərhələsinin qalibi olmuş komanda Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb. Yarışda 300-dən çox yeniyetmə və gənc iştirak edib.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki