image-imagesbackend

Şanlı Qələbə Azərbaycanın qüdrətinin göstəricisidir

image-reklam_sirab_01

 

Azərbaycan ordusunun  44 günlük müharibəsi həmişəki kimi qələbə ilə nəticələndi. Bu müharibəni  tək bizlər deyil , bütün ölkələr üzrə aparırdıq. Nəticə olaraq da  biz öz siyasi , iqtisadi gücümüzü ortaya qoyduq və göstərdik ki, Azərbaycan ordusu , Azərbaycan xalqı nəyə qadirdi. Bu qələbəni qazanmağımıza bizim ən nəhayət əsgərlərimiz, generallarımız, polkovniklərimiz, qazilərimiz , qəhrəman şəhidlərimiz  ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində biz bu qələbəyə sahib olduq. Minlərlə şəhid verdik , nə qədər valideynlər övladlarını itirdi . O ,valideynlər ki, övladlarını vətən üçün yetişdirib vətənə də qurban verdilər. Lakin bütün bunlara baxmayaraq onların sevinc mənbəyi olaraq doğma yurdumuzun, torpaqlarımızın, rayonlarımızın  azad olunması bizim üçün hər şeyə dəyərdi. Bununla bizim ərazi bütövlüyümüz də bərpa olundu.

Bizim əsgərlərimiz şəhidlərimizin qanını yerdə qoymadılar və sübut etdilər ki, onlar bir yumruq kimi birləşib qardaş olmuşdular. Əsgərlərimiz təkcə yoldaşlarının deyil, eyni zamanda günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin  də intiqamını düşməndən məharətlə geri aldılar. Çünki biz birlikdə güclüyük.

Sadəcə 44 günlük Vətən müharibəsi bizim gücümüzü, birliyimizi göstərdi. Azərbaycan ordusu 44 gün ərzində bir dəfə də geriyə addım atmadılar.  Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Çünki onlar haqları olmayan yerdə dayanmışdılar və bizlər də onları öz layiq olduqları yerə göndərdik.

İkinci Qarabağ müharibəsi bizim şanlı, zəfərli və bir o qədər də uğurlu  tariximizdir Xalqımızın axır ki ürəyinə su sərpildi. Bizlər öz yurdumuzdan uzaq idik və artıq qovuşduq. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Bunu bütün dünya xalqları da çox yaxşı bilir. Ermənistan isə  hər zaman məğlub edilmiş ölkədir və elə də olacaq.

Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz öyrənilir və öyrənilməlidir. Çünki bunu hər kəs çox yaxşı bilməlidir. Biz gənclər bu qələbənin canlı şahidiyik.Şanlı ordumuzun Qələbəsilə bağlı Hərbi Qənimətlər Parkı yaradıldı. Bu parkda bizim əsgərlərimizin qəhrəmanlıqla  müharibə ərəfəsində düşməndən aldıqlarımız, onların qorxudan qoyub qaçdıqları qənimətlər, tanklar, silahlar, geyimlər öz əksini geniş şəkildə əks etdirir. Bu Parka hər bir Azərbaycan vətəndaşı gedib baxmalıdır. Qoy görsünlər ki, bizlər nələr etmişik və bizlər nələrə qadirik. Bununla bağlı bir çox təşkilatlar , dövlət orqanları, akademiyalarda fəaliyyət göstərən hər kəs bu parkı ziyarət ediblər . Bunlar çox qürurverici bir hissdir. Bura gələn hər bir insan bizim Silahi qüvvələrimizin gücünü, iradəsini, siyasətini, birliyinin canlı şahidi oldular.Ernənistan xalqı bu müharibədə yenə də öz vəhşiliklərindən geri qalmadı. Gücləri ordumuza çata bilməyəndə mülki şəxslərimizi üz tuturdular. Bu da onların necə insanlar olduqlarını bir daha sübut edir. Bütün şəhərlərimizi dağıdıb, məscidlər dağıdıblar. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar. Bunlar ağlasılmaz vəhşilikdi. Bütün dünya gördü ki, onların bunların şahidi oldu. Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Bunu unutsaq özümüzü unudaq gərək. İlham Əliyevin də qeyd  etdiyi kimi biz bu uzun illər ərzində öz gücümüzü toplayırdıq. Təbii ki, ən gözəl şəkildə birliyimizi, siyasətimizi, qəhrəmanlığımızı onlara göstərməliydik . Bunu da bacardıq. Ordumuzun döyüş qabiliyyəti möhkəmləndi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz olundu. Bizə bütün ölkələr canla-başla kömək edirdi.Azərbaycan öz iqtisadi gücünü inkişaf edərək torpaqları azad etdi. Çünki inkişaf bizim uğurlu və şanlı Qələbəmizin əsasıdır. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. Biz bu müddət ərzində hər şeyə ciddi şəkildə və tam hazır vəziyyətdə geri qayıtdıq. Bununla da öz gücümüzü göstərdik. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri hamı bilməlidir. Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı. Bunu hər bir vətəndaşımız çox yaxşı bilir. Xocalı soyqırımında Ermənistan xalqı əsl vəhşilik törətdi, qadınlara, uşaqlara, yaşlılara baxmadan ağır əziyyət edirdilər . Heç gözlərini belə qırpmadan onları işgəncələrə məruz qoyurdular. Bu vəhşiliyi bütün dünya çox yaxşı bildi. Bundan sonra bütün ölkələr Xocalı Soyqırımını rəsmən tanıdılar.

Vətən müharibəsində qələbənin əsasında dayanan amillər isə yenilik, inkişaf, güc və Vətən sevgisidir. Bu müharibədə Azərbaycanın qələbəsini zəruri edən siyasi, iqtisadi, hərbi, milli-mənəvi aspektlərin, güclü ordu quruculuğu, vətəndaş birliyi və xalqın dəstəyinin təmin edilməsidır.

“Ümumilikdə 44 günlük müharibədə tarixi Qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qələbəsidir. Bu Qələbə ilə müsəlman ölkələri ilə bağlı dünyada formalaşmış stereotip darmadağın edildi. İnanıram ki, Vətən müharibəsi Azərbaycanın şanlı səhifəsi kimi daim tarixdə qalacaq, yaradılan Hərbi Qənimətlər Parkı isə gələcək nəsillərə və beynəlxalq aləmə ordumuzun gücünü, dövlətimizin qüdrətini nümayiş etdirmək üçün ən uyğun məkan olacaq”.Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, xalqımızın sarsılmaz birliyi düşmənin belini qırdı. Bu möhtəşəm tarixi Zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir. “Heç şübhəsiz, Hərbi Qənimətlər Parkı Azərbaycanın qazandığı tarixi Zəfərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Burada nümayiş olunan eksponatlarda Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı, Azərbaycan xalqının birliyinin gücü də əks olunur. Məhz buna görə də Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkı həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir”.

Hərbi Qənimətlər Parkı həm də bizim milli qürurumuzun mənəvi qida aldığı bir məkandır. Belə bir kompleksin yaradılması sözsüz ki, gənc nəslin vətənpərvər ruhda yetişməsi işinə misilsiz töhfəsini verəcək. Əminəm ki, artıq bundan sonra Hərbi Qənimətlər Parkı Bakı sakinləri və şəhərimizin qonaqları tərəfindən ən çox ziyarət edilən məkanlardan biri olacaq.

Yaşasın Müzəffər Ali Baş Komandan! Eşq olsun şanlı Azərbaycan Ordusuna!”.

 Nəsimi rayon gənci- Lalə Yolçiyeva

 

 

 

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki