Sədərək rayonunun icra başçısı vəzifəsindən azad edildi
Həbib Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Azərtac xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.