image-sederekbackend

“Sədərək” Ticarət Mərkəzində 8 Noyabr-Zəfər Günü ilə bağlı tədbir keçirilib – Fotolar

image-reklam_sirab_01

Bu gün “Sədərək” Ticarət Mərkəzində 8 Noyabr-Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Vətəninfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra dövlət müstəqilliyimizin banisi, qurucu və memarı, dahi Lider Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ticarət mərkəzinin direktoru Yunis Qədimbəyli tədbir iştirakçılarını salamlayıb. Tədbirdə Vətən müharibəsi, Dəmir Yumruq əməliyyatı və rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı 30 illik işğaldan azad etməsi, şanlı Zəfər qazanması, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması barədə şərəfli tariximizdən danışıb. Daha sonra ticarət mərkəzinin əməkdaşı Ənvər Qədimbəyli çıxış edərək 44 gün Vətən Müharibəsi dövründə ticarət mərkəzində çalışan vətənpərvər sahibkarlarla bərabər ön cəhbədə keçdikləri döyüş yollarından, ordumuzun gücündən, Ali Baş Komandan və Xalq birliyindən bəhs edib.

Tədbirin davamında Milli Məclisin deputatları Siyavuş Novruzov, Aydın Hüseynov çıxış edərək İlham Əliyevin qətiyyətli siyasətindən, şəhid və qazilərə diqqətindən, Vətən müharibəsindəki qələbəmizdən, ordumuzun gücündən, düşmən işğalından azad olunan Qarabağın abadlaşmasından danışıblar.

Tədbirdə qazilər çıxış edərək “Sədərək” Ticarət Mərkəzi və Sədərək Xeyriyyə Cəmiyyətinə qazilərə və şəhid ailələrinə daim dəstəyə görə minnətdarlıq bildiriblər. Tədbirin sonunda Ticarət Mərkəzinin ərazisində “Bayraq yürüşü” keçirilib. Şəhidlər bulağının açılışı olub. Ağacəkmə aksiyası keçirilib. Şəhidlərin xatirəsinə ehsan verilib.

 

 















  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki