image-22backend

Səfir: “Tehran Rusiya ilə tamamilə vizasız rejimi tətbiq etməyə hazırdır”

image-reklam_sirab_01

Tehran Rusiya ilə tamamilə vizasız rejimi tətbiq etməyə hazırdır. Vətəninfo.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bugün “İzvestiya” qəzetinə verdiyi eksklüziv müsahibədə deyib.

“Tehran Rusiya vətəndaşları üçün viza rejimini ləğv etməyə hazırdır və bunun üçün yalnız səlahiyyətli qurumların müvafiq qərarlarını gözləmək lazımdır”.-deyə səfir bildirib.

“Ölkələrimiz arasında vizaların tam ləğvi ilə bağlı xatırlatmaq istəyirəm ki, İran İslam Respublikası vizaların ləğvinə, Rusiya və İran vətəndaşlarının bir-birinin ölkələrinə sərbəst səyahət edə bilməsi üçün bu addıma tam hazırdır”,-deyə o, əlavə edib.

Onun sözlərinə görə, bununla əlaqədar, təbii ki, biz səlahiyyətli orqanlardan müvafiq qərarlar gözləyirik və bundan sonra bu tədbirlər təsdiqlənib həyata keçiriləcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki