image-img-20211112-wa0010backend

Şəmkir rayonunda göz xəstəliklərinin pulsuz müayinəsi təşkil olunub

image-reklam_sirab_01

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərdə deyilir ki,məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində ölkə vətəndaşları, onların mənafeyi dayanır. Ötən illər ərzində xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılıb, respublikada sosialyönümlü siyasətin uğurla həyata keçirilməsi üçün mühüm tədbirlər, geniş sosial layihələr həyata keçirilib, əhalinin sağlamlığının qorunması istiqamətində çoxşaxəli tədbirlər görülüb. Bu istiqamətdə görülən işlərə Azərbaycan Respublikasının Birinci-vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları əvəzsiz töhfələr verib.
Bu günlərdə Milli Məclisin sədri, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü ilə Şəmkir rayonunda göz xəstəliklərinin pulsuz müayinəsinin təşkil olunması da ölkəmizdə reallaşdırılan sosial siyasətin məqsədlərinə uyğundur və nəcib təşəbbüslərə dəstək xarakteri daşıyır.
Qeyd edək ki, “Dünyagöz” xəstəxanasının yüksəkixtisaslı həkimləri tərəfindən karantin qaydalarına uyğun olaraq, həyata keçirilən müayinələrdə əsasən şəhid ailələri, müharibədə sağlamlığını itirmiş şəxslər və onların ailə üzvləri də daxil olmaqla, ümumilikdə 240 nəfərdən çox rayon sakini iştirak edib. Bildirilib ki, əməliyyat olunmağa ehtiyacı olan pasiyentlər aksiya çərçivəsində yaxın günlərdə pulsuz əməliyyat olunacaqlar.
Aksiya iştirakçıları dövlətimiz tərəfindən reallaşdırılan tədbirlərdən sonsuz razılıqlarını ifadə edib, müayinə və müalicənin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki