image-220px-rasulzademammadaminbackend

“Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

image-reklam_sirab_01

Vətən – doğulduğun məkanda başlayır. Dünya göz açdığın anda havasını içinə çəkdiyin o məkandır Vətən. Vətən müqəddəsdir. Hər guşəsində keçmişimizdən, bu günümüzdən xatirə var. Vətən onun gözəlliyinin şahidi olan zümrüd meşələrdən, durna gözlü bulaqlardan, coşqun dənizlərdən, çaylardan başlayır.
Azərbaycan – mənim tükənməz sərvətləri, misli görünməmiş mənzərələri, igid oğulları, cəsur qızları olan vətənim.
Biz bu möhtəşəm diyarın övladlarıyıqsa, bu vətənə, bu yurda layiq olmalıyıq.
Bu vətən qarşısında hələ çox borclarımız var. Məmməd Araz dediyi kimi:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Hər zaman hər kəsi heyran etmişik. Hər sahədə öz sözümüzü demişik.
Dünənki hədəflərimiz, arzularımız artıq gerçəkləşdi. Bütün azərbaycanlıların yaralı yeri – Qarabağımız artıq işğaldan azaddır. Hər bayramda, hər şad gündə bizlərin bir ümidi var idi. Uşağından yaşlısına hər kəs bir agızla söyləyirdi:
“İnşallah gün olacaq Qarabağda qeyd edəcəyik”; “Insallah üç rəngli bayrağımız Qarabağda dalğalanacaq”
Həqiqətən qəlblə edilən dua, söylənilən istək, qurular xəyallar gerçəkləşir.
Artıq 30 illik həsrətimiz sona çatdı. Müzəffər Milli Ordumuzun şücaəti ilə 44 gün davam edən müharibədə qələbə çaldıq. Canları, qanları bahasına bizlərə zəfər sevincini yaşadan igidlərimiz, üç rəngli Azərbaycan bayrağını Qarabağda dalğalandırdılar.
Bu günkü hədəflərimiz işğaldan azad olunmuş torpaqlarımızda iqtisadi islahatlar keçirmək və Qarabağımızın gözəlliyinə gözəllik qatmaqdır.
Bu hədəflərdən ən böyüyü Zəngərur dəhlizinin açılmasıdır. Çünki Zəngəzur bizim tariximizdir.
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri də Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulmasıdır. Bu dəhliz Zəngəzur dəhlizidir.
Öz siyasəti ilə daima bir addım öndə olan İlham Əliyevin dediyi kimi “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir… Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Bir qanadı yaralı olan, qartal görkəmli Azərbaycan öz sərhədlərini silinməz mürəkkəblə sonuncu dəfə çəkdi.
Qarabağ bizimdir-Azərbaycan türklərinin. Hər qayasında, hər daşında izi olan igidlərimizin. Qələbələrə doymayan can Azərbaycanın tarix boyu keşməkeşli həyat yolu olub. Əsrlərdən bəri xarici dövlətləri öz sərvətləri ilə heyran edən Azərbaycan hücumlara məruz qalıb. Tarix boyu müharibə meydanı olub. Amma həmişə dik duruşu, yıxılmaz qaməti ilə öz gücünü, əzəmətini göstərib.

Nəsimi Rayon gənci:Amanova Dürdanə.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki