Vətəninfo.az xəbər verir ki, SEPAH-ın baş komandanının müavini general Əli Fədəvi “Tələbə” xəbər agentliyinə müsahibəsində deyib:
“Biz İran ərazisində HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsinə görə İsraili münasib vaxtda və yerdə mütləq cəzalandıracağıq”.
SEPAH generalı iddia edib ki, Həniyənin qisasının vaxtını və qaydasını İran özü müəyyən edəcək və lazımi anda cavab veriləcək.