image-1backend

SEPAH iki neft tankerini ələ keçirdi 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ötən gün SEPAH qüvvələri İran körfəzində 34 xarici ekipajın olduğu iki gəmini yanacaq qaçaqmalçılığı iddiası ilə ələ keçirib.
Məlumata görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin beçinci bölgəsinin komandiri Əli Uzmayi deyib:
“13 əcnəbi ekipaj üzvü olan bu gəmilərdən birində 2 milyon 280 min litr yanacaq olub və Əbu Musa adasının yaxınlığında tutulub. 21 xarici ekipaj üzvü olan digər gəmidə isə 2 milyon 300 min litr yanacaq olub və SEPAH qüvvələri tərəfindən saxlanılıb”.
Qeyd edək ki, gəmilərin hansı ölkəyə məxsus olduqları haqda məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki