image-iranbackend

Şər üçbucağındakı İran- Millətlər həbsxanası dağılır-MƏŞHUR MƏMMƏDOV YAZIR

image-reklam_sirab_01

İran son zamanlar Azərbaycana qarşı açıq düşmənçilik siyasəti nümayiş etdirir. Qeyd edək ki, İran rejiminin Azərbaycana qarşı mənfi münasibəti əvvəllər də müşahidə olunub. Rəsmi Tehran 30 ilə yaxın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına dəstək verib, Qarabağda qondarma rejimə hərtərəfli yardım göstərib. İran rəsmiləri vaxtaşırı Azərbaycana qarşı ərazi iddiaları səsləndirib. Lakin indi proses daha gərgin müstəviyə keçib. İran Azərbaycan əleyhinə hərbi, diplomatik və informasiya sahələrində genişmiqyaslı hücuma keçib. Tehran hakimiyyəti Araz çayı sahilində hərbi təlimlər keçirməklə Azərbaycana güc nümayiş etdirir. Eyni zamanda, İran şimal-qərb sərhədlərində geosiyasi dəyişikliklərə qarşı olduğunu bəyan etməklə İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etmədiyinə işarə edir. Çünki İran Azərbaycanın ərazi bütövlünün və tarixi sərhədlərinin bərpasını istəmir. Əslində, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi İran üçün heç bir təhlükə törətmir. Əksinə, müharibədən sonra Azərbaycan və Türkiyə İranın da təmsil olunacağı “3+3” regional iqtisadi əməkdaşlıq platformasını irəli sürüb. Bu isə sanksiyalar altında əzilən İran üçün ticari və lojistik imkanların açılması deməkdir. Lakin İran bütün fəaliyyətini yeni şəraitdə Azərbaycanla və Türkiyə ilə əməkdaşlığa deyil, düşmənçiliyə yönəltdi. Tehran hazırda bir tərəfdən Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla Türkiyənin və Azərbaycanın bölgədə artan rolunu əngəlləməyə, eyni zamanda Ermənistanı Azərbaycan sərhəddində hərbi təxribatlara təhrik etməklə münaqişənin yenidən bərpasına çalışır. Bununla da İran rejimi faktiki olaraq, İkinci Qarabağ müharibəsindın sonra irəli sürülmüş “3+3” platformasında əməkdaşlıqdan imtina edib. Mövcud situasiyada xain qonşu funksiyasını yerinə yetirən İranı narahat edən başlıca səbəb türk amilinin bölgədə aparıcı rol allması ilə bağlıdır. İranın Azərbaycana qarşı apardığı infrmasiya savaşında da bunu aydın görmək olar. Terrorçu rejimin “ekspertləri” Zəngəzur dəhlizi açılacağı təqdirdə, Türkiyənin Cənubi Qafqazda geosiyasi güc mərkəzinə çevriləcəyini, Azərbaycan üzərindən digər türk dövlətlərinə birbaşa çıxış imkanı əldə edəcəyini bəyan edir. Halbuki, nə Azərbaycanın, nə Türkiyənin fəaliyyəti İranın əleyhinə yönəlməyib. Müstəqillik dövründə Azərbaycan İranın etdiyi bütün xəyanət və düşmənçilik əməllərinə baxmayaraq, ikitərəfli münasibətlərdə diplomatik etiket qaydalarına uyğun davranıb, yaxın dost, mehriban qonşuluq prinsiplərini üstün tutub. Azərbaycan öz ərazisindən İrana qarşı heç bir hərbi müdaxiləyə yol verməyəcəyini birmənalı şəkildə bəyan edib. Türkiyə milli və dövlət maraqları çərçivəsində Suriya böhranın həllində İranla əməkdaşlıq qurub. İranın “3+3” formatına daxil edilməsi təşəbbüsü də ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Buna baxmayaraq, İrandakı mürtəce rejimin mənsubları Azərbaycanın Ermənistan ərazilərini işğal etdiyinə dair böhtan kampaniyası aparmaqla qarşıdurma yaratmaivident götürməyə çalışır. Ərazisində təqribən 45 milyon Güney Azərbaycan türkü yaşayan İranın türk düşmənçiliyindən əl çəkməməsinin səbəbləri aydındır. Tehran hakimiyyəti yaxşı bilir ki, şimalda Azərbaycan dövlətinin güclənməsi və inkişafı cənubda öncə Məhəmməd Rza şahın, sonra isə Xomeyni rejiminin bütün milli hüquqlardan məhrum etdiyi Azərbaycan türklərinin milli-azadlıq uğrunda hərəkatına təkan verə bilər. İran isə qondarma dövlətdir və 1925-ci ildə yaradılıb. Əgər əhalisinin 52 faizini təşkil edən Güney azərbaycanlılar ayrılmaq qərarı versə, İran adlı dövlətin xəritədən silinməsi qaçılmaz olacaq. Çünki İran xalqlar həbsxanasıdır və bütün millətlər “Evin” zindanından daha təhlükəli olan bu məhbəsdən xilas olmaq uğrunda mübarizə aparır. İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycan sərhəddində hərbi təlimlər keçirməsi həm də Güney Azərbaycan türklərinə yönəlik xəbərdarlıq mesajıdır. Rəsmi Tehran bununla İran rejimin güclü olduğunu və milli-azadlıq və birlik ideyalarının reallaşmasına imkan verməyəcəyini çatdırmaq istəyir. Ancaq İran Azərbaycan dövlətinə qarşı etdiyi siyasi səhvlərin əks-effekt verəcəyini görünür hesablamır. Azərbaycana qarşı təhdid və geosiyasi qarşıdirmanı böyütmək cəhdi Güneydə xalqın etirazına səbəb ola bilər. Xüsusilə də İranda teokratik rejimin çöküşün sürətləndiyi indiki vaxtda mərkəzdanqaçma prosesinin dərinləşməsinin qarşısını almaq mümkün olmayacaq. Yəni İranın Azərbaycan sərhəddində düşünülməmiş təxribatlara yol verməsi qonşu ölkələr üçün təhlükə yaratsa da bölgədə geosiyasi konfiqurasiyanı dəyişmək gücünə malik deyil. Çünki İkinci Qarabağ müharibəsindən sonra bölgədə geosiysi şərtləri əsas “oyunçular” kimi Azərbaycan, Rusiya və Türkiyə diqtə edir. İran isə təxribatçı hərəkətləri ilə diqqəti özünə cəlb etməyə və regionda söz sahibi olduğuna dair rəy yaratmağa çalışır.
İran həmçinin, Azərbaycanın işğal altındakı əraziləri azad etməsindən və sərhədlərin bərpasından sonra 30 ilə yaxın narkotiklərin daşınmasında geniş, nəzarətsiz bölgədən istifadə imkanlarını itirib. Ona görə də bu gün din pərdəsi altında narkotik daşınması və satışı ilə məşğul olan rejim çox qəzəbini Azərbaycana qarşı həqarət yağdırmaqla göstərir. Əslində, İranın bu cür davranışı eyni zamanda, onun 43 illik xarici siyasət kursu ilə bağlıdır. Təcrübə göstərir ki, İran Ermənistan istisna olmaqla qonşuluğunda və ətraf regionda yerləşən müsəlman dövlətlərə qarşı düşmənçilik münasibəti yürüdür. Bu da İran rejiminin cinayətkar mahiyyəti ilə bağlıdır. Yəni İran terroçuluğu dəstəkləyən ölkədir və bu fəaliyyətini hazırda Suriyada, Yəməndə, İraqda, Ukraynada həyata keçirir. Dünyada edamların sayıına görə İran Çindən sonra ikinci sırada yer alır. Bu gün İran istehsalı olan “Shahed-136” kamikadze dronlarının Ukraynada dinc insanların küütləvi qətlinə səbəb olması ABŞ-ın sabiq Prezidenti Corc Buşun bu ölkə haqqında dedikləriinin həqiqət olduğunu bir daha təsdiq edir. Prezident Buş İranı dünyada “Şər üçbucağı”na daxil olan üç ölkədən biri adlandırmışdı. Tehranın son vaxtlar Azərbaycana qarşı atdığı addımlar onun hələ də şər yuvası olaraq qaldığını göstərir. Lakin formalaşmaqda olan yeni dünya düzənində İran kimi dövlətlərə yer qalmayacağını Tehranda da artəq anlayırlar. Bir aydan artıqdır xalqın dini rejimi yıxıb azadlıq və hüquqlar əldə etmək üçün apardığı mübarizə İran hakimiyyətinin son çırpıntılarıdır. Artıq İran vətəndaşları, əsasən də gənclər İslam inqilabının siyasi doktrinasından kütləvi imtina edir.ona görə dəiranda rejim dəyişikliyi qaçılmaz görünür. Bu səbəbdən, İran yeni dünya düzənində mövcudluğunu qoruyub saxlamaq, hətta Cənubi Qafqazda geosiyasi nüfuz bölgüsündə iştirak etmək üçün Ukraynadakı müharibəyə qoşulur və Qərbə əzələ nümayiş etdirməyə çalışır. Ancaq İranın məğlubiyyəti qaçılmaz görünən Rusiyanın yanında yer alaraq, NATO ilə müharibədə dolayısı ilə tərəfə çevrilməsi onu Qərbin hədəfinə gətirəcək. Ona görə də Rusiyanın Ukraynadakı hərbii və siyasi iflası İranın da çöküşü üçün təkan rolu oynaya bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki