image-image_750x_6516aa6a3579abackend

Sergey Şoyqu:”MDB-nin güclü ordusu olmalıdır”

image-reklam_sirab_01

Dünyada hökm sürən hərbi-siyasi vəziyyət MDB-yə üzv dövlətləri yaranan təhlükələrə operativ reaksiya verə biləcək güclü Silahlı Qüvvələrə malik olmağa məcbur edir. Vətəninfo.az xəbər verir ki, bunu Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu MDB Müdafiə Nazirləri Şurasının iclasında deyib.

“Bu gün biz Böyük Vətən Müharibəsində xalqımızın Qələbəsinin 80 illiyini qeyd etmək üçün birgə hazırlıqlara başlayacağıq, bu müharibədə dərsləri bu gün də aktualdır. Onlardan başlıcası isə yaxşı təchiz edilmiş və təlim keçmiş silahlı qüvvələrin, çağırış və təhdidlərə adekvat cavab verməyə hazır olan Silahlı Qüvvələrin olmasıdır. Dünyadakı hazırkı hərbi-siyasi vəziyyət bizi buna məcbur edir”, – RİA Novosti nazirin sözlərini sitat gətirib.

Rusiya Federasiyasının naziri tərəfdaşlara qlobal gündəliyi, müdafiə idarələrinin əməkdaşlıq məsələlərini, əməkdaşlığın genişləndirilməsi yollarını, onun ənənəvi istiqamətlərini gücləndirməyi və yeni istiqamətlərin axtarışını müzakirə etməyi təklif edib.

Daha əvvəl yazmışdıq ki, MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün MDB-nin 8 ölkəsinin, o cümlədən Ermənistan və Azərbaycanın nümayəndə heyətləri Tulaya gəliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image