Ağstafa RİH başçısı Seymur Orucov müavinləri və rayonun aidiyyəti üzrə məsul şəxsləri ilə birlikdə Ağstafa şəhərinə növbəti dəfə baxış keçirib.
Bir sıra çoxmənzilli yaşayış binalarındakı mövcud şərait sakinlərin iştirakı ilə yerində araşdırılıb, edilən təklif və müraciətlər qəbul olunaraq nəzarətə götürülüb. O cümlədən, rayon mərkəzində ictimai iaşə, ticarət və xidmət obyektlərindəki mövcud şəraitə də ətraflı şəkildə diqqət yetirilib. Qeyd olunan çatışmamazlıq və digər bu kimi məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tələb olunan qaydalara uyğun tədbirlərin görülməsi tapşırqları verilib.