RİH başçısı Seymur Orucov Ağstafa şəhərində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.
RİH başçısı səyyar qəbulda giriş nitqi söyləyərək Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan yüksək nəaliyyətlərdən, ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, işğaldan azad olunan ərazilərimizə sürətlə davam edən Böyük Qayıdışdan və orada reallaşdırılan nəhəng abadlıq, yenidən qurmalayihələrindən, o cümlədən Ağstafada görülən işlərdən söz açıb.
Qəbulda təklif və müraciətlə çıxış edən hər bir vətəndaş diqqətlə dinlənilib, onların qaldırdıqları məsələlər nəzarətə götürülərək həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.