Seymur Orucov Ağstafa rayonunun sərhəd yaşayış məntəqələrindən olan Könhəqışlaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Müvafiq qrafikə uyğun olaraq kənd tam orta məktəbin akt zalında keçirilən qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RİH başçısı çıxışında ölkəmizin bütün sahələrinin inkişafı naminə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətdən, beynəlxalq miqyasda əldə olunan yüksək nəaliyyətlərdən, 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəmizlə işğaldan azad olunan ərazilərimizə davam edən Böyük Qayıdışdan, habelə orada həyata keçirilən nəhəng bərpa işlərindən, irimiqyaslı sosial infrastruktur layihələrdən geniş söz açıb.
Səyyar qəbulda təklif və müraciətlərlə çıxış edən vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər müəyyən edilərək nəzarətə götürülüb.