Şimali Kipr Türk Respublikasının parlamentinin sədri Zorlu Töre Azərbaycana səfər edib.
Vətəninfo.az-ın məlumatına görə, parlament sədrinin səfəri iyunun 5-6-nı əhatə edəcək.
Zorlu Törenin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək Türk Dövlətləri Parlament Assambleyasının (TÜRK PA) iclasında iştirak edəcək. Daha sonra parlament səviyyəsində görüşlərin keçiriləcəyi planlaşdırılır.