image-361976_res_01backend

Siyasi partiyalara dövlət büdcəsindən 1 milyona yaxın vəsait ayrıldı

image-reklam_sirab_01

2021-ci ilin II rübü üzrə 10 siyasi partiyaya vəsait ayrılıb.

Veteninfo.az-a Maliyyə Nazirliyindən verilən  məlumat deyilir ki, 2021-ci ilin II rübü üzrə – Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 948,4 min manat məbləğində vəsait ödənilib.

Xatırladaq ki, vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki