Martın 29-da Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkədə gedən müharibədə iki azərbaycanlının yaralandığı barədə məlumat vermişdik. Onlardan biri zabit imiş.
Veteninfo.az “Report”a istinadən xəbər verir ki, Donetsk vilayətində gedən döyüşlərdə yaralanan şəxs Ukrayna ordusunun baş leytenantı, xüsusi təyinatlı qüvvələrdə xidmət edən, əslən Azərbaycanın Göyçay rayonundan olan Ağayev Əlixan Ruslan oğludur.
Xüsusi igidliyi ilə seçilən Ə.Ağayev ağır döyüşdə yara alıb. O, hazırda Ukraynanın arxa cəbhədəki hospitallarından birinə yerləşdirilib, vəziyyəti normaldır. Ukrayna vətəndaşı olan azərbaycanlı zabit Dnepropetrovskda doğulub-böyüyüb.