image-istanbulbackend

SON DƏQİQƏ: İctimai nəqliyyatda gediş haqqı artırıldı

image-reklam_sirab_01

Türkiyənin İstanbul şəhərində ictimai nəqliyyat vasitələrində gediş haqları artırılıb.

Veteninfo.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə qərar İstanbul Böyükşəhər Bələdiyyəsinin Nəqliyyat Koordinasiya Mərkəzinin keçirdiyi növbədənkənar iclasında verilib.

Beləliklə, İstanbulda elektron biletin qiyməti 5,48 lirədən 7,67 lirəyə, tam abunə haqqı isə 430 lirədən 602 lirəyə qədər artırılıb.

Bununla yanaşı, tələbələr üçün endirimli biletin qiyməti 2,67 lirədən 3,74 lirəyə artırılıb.

Həmçinin taksilərdə də gediş haqqı artırılıb. Belə ki, taksometrin açılış haqqı 7 lirədən 9,8 lirəyə qədər artırılıb.

Qiymət artımı aprelin 9-dan tətbiq olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki