Moskva Hərbi Qarnizon Məhkəməsi Rusiya Hava-Kosmik Qüvvələri Radiotexnika qoşunlarının keçmiş rəisi general-mayor Andrey Kobanın 5 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
“Veteninfo” xəbər verir ki, məlumatı “İnterfax” yayıb.
Bildirilib ki, məhkəmənin qərarına əsasən, A.Koban hərbi rütbədən də məhrum edilib. Bundan başqa, keçmiş rəis üç il müddətinə dövlət xidmətində işləyə bilməz. Məhkəmənin qərarı ilə keçmiş generalın əmlakı da müsadirə olunacaq.
Məlumata görə, o, 11 milyon 916 min 240 rubl məbləğində rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, A.Koban 2015-ci ildə Radiotexnika qoşunlarına rəis təyin olunub, 2021-ci ilin noyabrında isə tutulub.
Radiotexnika qoşunları hava hücumundan müdafiəsi üzrə növbətçilik çəkir, dövlətin hava məkanının sərhədlərini mühafizə edir.