Ukraynada müharibə başlayandan 3 780 yaşayış binası zədələnib, 651-i tamamilə dağıdılıb.
Veteninfo.az-ın BBC-yə istinadən xəbərinə görə, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətinin rəsmisi Roman Primuş bildirib.
O, qeyd edib ki, bu statistika yalnız xilasedicilərin öz həyatlarını riskə atmadan dəyərləndirmə apara bildikləri binaların sayıdır və işğal altındakı ərazilərdəki vəziyyəti əks etdirmir.
Primuş dağıntıların həqiqi göstəricilərinin bundan daha böyük olduğunu vurğulayıb.