image-e5ce42cb-e7ef-4db3-b316-bded444ea9ef_850backend

“Sputnik Azərbaycan” bəzən dövlətlərarası münasibətləri korlayacaq qədər qərəzli olur”

image-reklam_sirab_01

“Media hansı məkanda fəaliyyət göstərməsindən və kimə məxsus olmasından asılı olmayaraq müstəqil, obyektiv və tərəfsiz olmalıdır. Ancaq təəssüf ki, medianın bu əsas prinsipləri çoxdan unudulub. Hazırda isə bir çox hallarda bəzi media qurumları informasiya müharibəsinin əsas alətlərinə çeviriliblər”.

Bunları Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hətta bəzi media qurumları bəzən aid olduqları dövlətin maraqları üçün “Roma papasından artıq katoliklik” edirlər: “Biz 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra da bunu gördük. Bu proses davam edəcək. Belə media qurumlarından biri də “Sputnik Azərbaycan”dır”.

Deputat vurğulayıb ki, “Sputnik Azərbaycan” öz fəaliyyəti ilə nəinki dövlətlərarası münasibətlərin daha da yaxşılaşmasına xidmət edir, hətta bəzən tam əksinə onu korlayacaq qədər qərəzli olur. “Halbuki onun maliyyələşdirilməsində və bizim informasiya məkanımızda fəaliyyət göstərməsinə icazə verilməsində də əsas qayə odur ki, iki qonşu və dost ölkə arasında etibarlı informasiya körpüsü yaratmağa xidmət etsin. Biz isə bunun əksini müşahidə edirik. Görünür ki, bu media qurumunun rəhbərinin milli etnik hissləri onun vətəndaşı olduğu dövlət qarşısında vəzifə məsuliyyətindən daha üstündür. Belə olan halda heç bir tərəf icazə verə bilməz ki, hansısa etnik ambisiya Rusiya və Azərbaycan kimi iki dost və qonşu ölkənin maraqlarına ziyan vursun. Ona görə də belə məsələlərə son qoyulmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki