image-img-20221125-wa0046backend

Şuşa və Laçın xəyanət nəticəsində işğal olunmuşdu

image-reklam_sirab_01

1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı Azərbaycanın ən yeni dövlətçilik tarixinin mübahisəli və sistemli olaraq diqqət tələb edən faktlarından biridir. Hamıya bəllidir ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladığı dövrdə fürsət düşdükcə ölkəmizin bütün ərazilərini işğal etmək planlarına malik idi.
Həmin dövrdə ölkədə hakimiyyətdə olan səriştəsiz AXC-Müsavat cütlüyü tərəfindən suveren dövlətçilik prinsipinə lazımi dəyərin verilməməsi, erməni təhlükəsinin bu qədər ciddi olmasına lazımi əhəmiyyətin və diqqətin ayrılmamasının nəticəsi idi ki, Şuşanın və Laçının daha asanlıqla işğalı üçün şərait yaradıldı və faktiki olaraq mümkün oldu. Şuşa da, Laçın da həqiqətən xəyanətin qurbanları oldu. O zaman mərkəzi hakimiyyət və müxalifətdə olan, hakimiyyətə can atan qüvvələr ərazi bütövlüyümüzün və tarixi torpaqlarımızın qorunmasının nə qədər labüd olduğunu lazımi qədər dərk etmiş olsaydılar, siyasi hakimiyyət ambissiyalarını ərazi bütövlüyünə qurban versəydilər Şuşanı da, Laçını da qorumaq mümkün olardı.
Məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Xocalı soyqırımından 3 ay keçəndən sonra Şuşa və Laçın işğal edidi. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi.
28 illik işğaldan sonra Laçın rayonu düşmən tapdağından azad edildi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci ilnoyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Şanlı Qələbəmiz və üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atmadan düşmən işğalından azad edilməsi möhtəşəm zəfərin nişanəsi, ölkə başçısının dahi siyasətinin nəticəsi oldu.
44 günlük Vətən müharibəsində Şanlı Qələbə nəticəsində Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün işğaldan azad edilən digər ərazilər kimi Laçın rayonunda da geniş tikinti-abadlıq işləri həyata keçirilir. Bu işlərinin güdişatı onu göstərir ki, artıq Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki