image-1619442112_6backend

Tarix daima gerçəkləri anımsadacaq!

image-reklam_sirab_01

El arasında deyilən belə bir ifadə var ”öz qoynumuzda ilan bəsləmişik”.Məqaləmə bu sözlə başlamam səbəbsiz deyil.Azərbaycan xalqı uzun illər boyu ermənilərlə öz torpaqlarını bölüşmüş,mehriban qonşu olmuşdur.Lakin etdiyimiz yaxşılıqlar bizə pislik kimi geri dönmüşdür.Ermənilər ölkəmizə,hətta qardaş Türkiyəyə qarşı torpaq iddiaları irəli sürmüş,onlara qarşı soyqırım törədildiyini iddia etmişlər.Osmanlı İmperiyasının ermənilərə qarşı törətdiyi soyqırımı bütün dünyaya sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstəriblər. BBC News xəbər saytında bu hadisə haqda belə məlumat verir:”Ümumun qəbul edilən belə bir tarixi fakt vardır ki, 1915-16-cı illərdə Osmanlı türklərinin onları Anadoludan Suriya çöllərinə sürgün etdikləri zaman yüz minlərlə erməni həlak olub. Onların ya öldürüldüyü, ya da xəstəlik və aclıqdan öldüyü söylənir.” Hadisələrin başlanğıcı kimi isə:”1908-ci ildə Osmanlı imperiyasında hakimiyyəti ələ almış gənc zabitlər qrupu (onlara “Gənc türklər” də deyilirdi) ermənilərə qarşı bir neçə tədbir keçirmişdilər. Gənc türklərin İttifaq və İttihad Komitəsi 1914-cü ildə Almaniyanın müttəfiqi kimi Birinci Dünya Müharibəsinə daxil olmuşdu.
Həmin vaxt Türkiyədə aparılan təbliğat erməniləri təxribatçı ünsür və Rusiyapərəst “beşinci kolon” kimi təsvir edirdi.
Ermənilər 1915-ci il aprelin 24-nü sonradan “soyqırım” kimi iddia edəcəkləri hadisələrin başlanğıcı kimi qeyd edirlər. Həmin gün Osmanlı hökuməti 50-dək erməni ziyalını və icma rəhbərini həbs etmişdi. Onlar sonradan edam edilmişdilər.
Osmanlı ordusundakı ermənilər tərksilah olunub güllələnmişdi. Ermənilərin mülkiyyətləri müsadirə olunmuşdu.”Bu gün Argentina, Belçika, Kanada, Fransa, Italiya, Rusiya və Uruqvay “erməni soyqırımını” tanıyan 20-dək ölkənin sırasındadır.Günümüzdə bu hadisənin aktuallaşmasına səbəb 24 aprel 2021-ci ildə ABŞ prezidenti Co Baydenin çıxışı zamanı soyqırım ifadəsini işlətməsi olmuşdur.Qardaş Türkiyə bu hadisənin araşdırılıb tarixi faktlarla üzə çıxarılması üçün birgə komissiya yaradılması təklifini irəli sürmüş,araşdırmalar üçün isə öz arxivlərinin qapısının tarixçilərə açıq olduğunu bildirmişdir.Düşmən dünyaya “qondarma erməni soyqırımını tanitmağa çalışarkən Azərbaycan xalqı da ermənilərin bizə qarşı törətdiyi 1918-ci il Mart soyqırımını,xalqımızın silnməz yarası 1992 26 fevral Xocalı soyqırımını dünyaya tanıtmağa çalışır.Azərbaycan xalqı 30illik həsrətə son qoydu,torpaqlarını geri aldı,əlbət buna da nail olacaq.Bir gün bütün dünya Xocalı soyqırımını tanıyacaq,ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən danışacaq.
Mustafayeva Aytac


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki