image-1618223959_16182229283333446455_1000x669backend

Tarixi ədalət və şanlı qələbə….

image-reklam_sirab_01

Dağlıq Qarabağ torpaqlarında uzun sürən mübarizə Azərbaycan xalqının və şanlı ordumuzun yazdığı tarixi qələbəmiz ilə başa çatdı. Biz bir yumruq da birləşərək düşmənə öz gücümüzü göstərdik. Bu sözləri ölkə rəhbərimiz cənab İlham Əliyev Qənimət parkının açılışında iştirak edən bütün iştirakçılara söylədi.O bildirdi ki Ordumuzun yazdığı tarixi qələbəmiz bizi bir millət olaraq dünyaya tanıtdı.İstər Maddi istərsə də mənəvi gücünü düşmən başa düşdü. 44gunluk vətən uğrunda gedən müharibə eyni zamanda birliyimizi göstərdi Həm xalqım həmdə rəşadətli əsgərlərimiz qələbə ruhunda ölüm dirim savaşına qalxaraq qalıb gəldilər.Bunu Ermənistan da gördü onu dəstəkləyən qüvvələrdə.

Hələ dünyanın böyük dövlətləri arasında ABŞ və İngiltərə Almaniya kimi dövlətlərin hərbi ekspertləri belə dillərinə gətirdilər. Nəhayət ki ölkə rəhbərinin də dediyi kimi peşəkar məharət güc hərbi elm və xalqımızın birliyi 30il həsrətində olduğumuz torpaqlarımiza qovuşduq istədiyimizə nail olduq.Dusməni pərən pərən salıb torpaqlarımizdan qovduq.

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı, regionun gələcəyinə, inkişaf perspektivlərinə, qonşularla münasibətlərə və digər aktual məsələlərə dair səsləndirdiyi fikirlər ekspertlərin, politoloqların, sosial şəbəkələrin, xüsusilə xarici medianın diqqət mərkəzində oldu. Düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika, rəşadətli Ordumuzun qüdrəti nəticəsində darmadağın edildi. Düşmən hərbi resurslarını, canlı qüvvələrini, mövqelərini qoyub qaçdı. Ermənistan silahlı qüvvələrinin qoyub qaçdığı qiymətli atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət kimi götürülməsi buna əyani sübutdur.

Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququn tərəfdarı olub. Azərbaycan burada yaşayan bütün millətlərin, etnik qrupların doğma Vətənidir və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi. Azərbaycan çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün millətlərdən, etnik qruplardan olan insanlar Vətənləri uğrunda döyüşürdülər.- Azərbaycan hər zaman danışıqların simulyasiyasına etiraz edib. Ölkəmiz həmişə konstruktiv mövqedə olub.

Vətən müharibəsində qazanılan qələbə ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Azərbaycan xalqının qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Onun sözlərinə görə, sabitlik inkişafın əsasıdır. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatçılığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu, stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır. Əks halda, onlar üçün çox pis olacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistanla əməkdaşlıq körpülərin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir. Azərbaycanlılar və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən hər hansı mesaj almamışıq. Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil. Ermənistan müxalifəti təşvişdədir. Azərbaycanofobiya, türkofobiya əvvəllər də olduğu kimi ən böyük məsələdir.

Hacıyeva Gülnarə Həsənqulu qızı

Nəsimi rayon sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki