image-download-2backend

Tarixi saxtakatlıq üstünə qurulmuş erməni xalqı

image-reklam_sirab_01

 

Azərbaycan və Türkiyə bu iki dövlətin dostluğu, birliyi  uzun illər boyunca ikili siyasət yürüdən bir çox  dövlətlərə qorxu və narahatlıq hissi gətirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq tədbirlərdə, səfərlərdə bir araya gəldikləri zaman müsahibələrində qardaşlığımızın əbədiliyini hər daim vurğulayırdılar. Bu birlik heç vaxt sözdə qalmamışdır. Qardaş Türkiyə bizim üçün ən vacib və ən ağrılı məsələ olan Qarabağ probleminin həllində hər vəziyyətdə bizə dəstəyini göstərməkdən çəkinməmişdir. 44 günlük Vətən müharibəmiz başlayan andan etibarən Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış edərək haqq uğrunda mübarizəmizə  siyasi dəstəyini bildirməsi Azərbaycan xalqında da böyük ruh yüksəkliyi yaratmışdır. Torpaqlarımız işğaldan azad olunduqda ən az Azərbaycan xalqı qədər Türk xalqı da sevinmiş, Ankara şəhərinin küçələrində əhali sevincini qeyd etmişdir. Türk xalqı bizim qələbəmizlə birkildə saxtakar bir düşmənin biabırçı məğlubiyyətini də qeyd edirdilər.  Çünki, ermənilərin saxtakarlığı, xainliyi bizə olduğu qədər Türk xalqına da məlum idi. Ermənistan dövlətinin 30 il bundan öncə hansı yollara əl ataraq torpaqlarımızı işğal etdiyi hər kəsə məlumdur. XX əsrin faciəsi olan “Xocalı Soyqırımı” ermənilərin işğalçı bir millət olmaqla bərabər qatil millət olduğununda sübutudur. Xocalı soyqırımında neçə-neçə ailələr, nəsillər yox oldu, əliyalın xalqımız günahsız yerə ən ağrılı işgəncələrə məruz qalaraq öldürüldü. Uzun illərdir biz bu soyqırımı tanıtmağa çalışsaqda əlimizdə sübutlarımız, Xocalıdan olan ürəkdağlayan videgörüntülərimiz olmasına baxmayaraq dünyanın bir çox aparıcı, xüsusilədə “sülhü, ədaləti təbliğ edən” dövlətləri bu faciəni görməzdən gəlməyi seçiblər.  Maraqlısı budur ki, həmin dövlətlərdən biri olan Amerika Birləşmiş Ştatlarının Prezidenti Joye Bayden 24 aprel günü soyqırım olmayan, amma , ermənilərin yalan məlumat yayaraq “erməni soyqırımı” adlandırdıqları hadisəni soyqırımı kimi tanıyıb. Heç bir əsaslı sübutu olmayan , tarixi saxtakarlıq üstündə qurulmuş bir millətin dediklərinə inanaraq ABŞ Prezidentinin belə bir açıqlama yayması bu dövlətində güvənilirliyini mübahisəli vəziyyətə salır. Ermənilərin soyqırım adlandırdıqları hadisənin əsli nədir? 1915-ci ildə Osmanlı imperiyasının tərkibində bəzi erməni qruplaşmaları yaranaraq məkrli siyasət yürüdürdülər, bunun fərqinə varan Osmanlı imperiyası tərəfindən həmin qruplaşmaların silahı yerə qoyaraq ölkəni tərk etmələri haqqında sərəncam imzalanıb. Beləcə də, sərəncama uymayan qruplaşmalar ilə Osmanlı əsgərləri arasında savaş baş verdi və həmin ermənilər öldürüldü. Bəzi məkrli siyasət aparan ailələr isə sürgün edildi.  Xocalıda günahsız insanlarımız öldürüldü, burada isə xalqın hüzurunu pozan ermənilər. Indi isə sual yaranır ABŞ kimi dünyanın ən güclü dövləti hesab olunan bir dövlətin Prezidenti bu 2 hadisə arasındakı fərqi ayırd edə bilmirmi?

 

Məmmədova Simranə

Nəsimi Rayon Gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki