Ankarada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin kartoqrafiya qurumları rəhbərlərinin 1-ci toplantısı keçirilib.
Vətəninfo.az xəbər verir ki, iclasın yekunu olaraq bəyannamə qəbul edilib və ona əsasən ingilis dilində türk dünyasının vahid xəritəsi yaradılacaq. Bundan əlavə, TDT-nin mülki və hərbi kartoqrafiya qurumlarının nümayəndələrindən ibarət ekspert-texniki “Kartoqrafiya üzrə TDT İşçi Qrupu”nun yaradılması nəzərdə tutulur.