Vətəninfo.az xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra deyib ki, dünyada terrora yer yoxdur.
“Mən baş nazir Netanyahu ilə Qərbi Asiyada baş verən son hadisələr haqqında danışdım. Dünyamızda terrora yer yoxdur. Bölgədə eskalasiyanın qarşısını almaq və bütün girovların təhlükəsiz azad edilməsini təmin etmək son dərəcə vacibdir”- Modi bu barədə “X” sosial platforması vasitəsilə bildirib.O əlavə edib ki, Hindistan sülh və sabitliyin tezliklə bərpasına yönəlmiş səyləri dəstəkləməyə sadiqdir.