Rüstəm Behrudi ən çox bəyəndiyim, poeziya ruhuna sayğı duyduğum 3 nəhəng şairdən, söz adamından biridir – Məmməd Araz və Musa Yaqubla birlikdə…
Ancaq ustadın bu fikriylə, daha doğrusu, intiharın yol olmadığı düşüncəsiylə qətiyyən razı deyiləm. Bəli, şair çox doğru söyləyir ki, hər şeyin bitdiyi, ümidin yox olduğu, “bu artıq sondur” dilemması ilə üz-üzə qalan bir insanın qarşısında üç yol var:
– birincisi, təslim olmaq. Amma kimə, nəyə? Sona yaxınlaşan insan zatən həyatın çətinliklərinə təslim olduğu üçün sona çatdığını hiss edir. Konkret kimə və ya subyektivizmə təslimiyyətdən söz gedirsə, bu, o adamın bütün yaşayışından, prinsiplərindən imtina etməsi deməkdir ki, ondan sonra yaşasan nə faydası var…
– ikincisi, qiyam qaldırmaqdır. Aqressiv və çılğın yaşam tərzi sürənlərin bütün həyatı zatən qiyama dayanır. Artıq elə bir dövr gəlir, elə şərait yaranır ki, qiyam etmək gücün tükənir, iradən belə səni artıq ayaqda tuta bilmir; tükənirsən və “bu artıq sondur” həqiqətini qəbul etmək məcburiyyətində qalırsan;
– üçüncüsü və ən son yol intihardır… bəli, bu, son çarədir.
Kimsə “bu yol yol deyil” deyə bilər. Ancaq son çarə artıq yoxdursa, deməli, yaşamaq üçün bir səbəb də yoxdur.
Qiyam etməyə gücün yoxdursa, elə ən böyük qiyam intihardır!
İntihar acizlik deyil, çarəsizlikdən qurtuluşun zirvəsidir! Onu hamı bacarmaz.
İntihar təslim olmaq istəməyənlərin son silahıdır!
İntihar qiyam gücü tükənən, amma təslim olmaq istəməyən kimsələrin bu həyatda atdığı son cəsur addımdır!




















