image-reklam-veteninfo
image-1backend

UEFA “Turan Tovuz”un KL-də iştirak etməyəcəyini təsdiqlədi – Cəza 1 illikdir

image-reklam-veteninfo

UEFA İntizam Komitəsi Azərbaycan təmsilçisi “Turan Tovuz”un Konfrans Liqasında iştirakına qadağa qoyduğu barədə məlumat paylaşıb.

Vətəninfo.az  xəbər verir ki, qurumun saytında buna dair açıqlama yer alıb.

Açıqlamada bildirilir ki, Tovuz klubu 2026/2027-ci ildə UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirakdan məhrum edilir:

“ PFK “Turan Tovuz” 2026/2027 UEFA Konfrans Liqasında iştirak edə bilməz. Səbəb isə klubun UEFA Konfrans Liqasının reqlamentinin 4.01(g) maddəsində tələb olunan iştirak meyarını yerinə yetirməməsidir. Yəni klub milli və ya beynəlxalq səviyyədə hər hansı oyunun nəticəsinin təşkil edilməsinə və ya nəticəsinə təsir göstərilməsinə yönəlmiş fəaliyyətlərdə birbaşa və ya dolayı şəkildə iştirak edib”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki