ABŞ Prezidenti Donald Trampın sərəncamı ilə 80 yaşında vəfat edən müğənni Dolli Partonun xatirəsinə ölkə daxilində dövlət bayraqları yarıya endirilib.
Vətəninfo.az xəbər verir ki, Tramp Truth Social-da yazıb: “Tarixin ən böyük kantri və qeyri-kantri sənətçilərindən biri olan Dolli Partonun vəfatını böyük kədərlə elan edirik. Bu, milyonlarla insan üçün əsl itkidir. Onun kimi başqa bir sənətçi heç vaxt olmayıb və olmayacaq da ” .
Ağ Ev, çərşənbə axşamı saat 18:00-dan etibarən bir həftə ərzində ABŞ-ın bütün ərazisində bayraqların yarıya endiriləcəyini açıqladı.
“Onun şərəfinə, bu gün saat 18:00-dan başlayaraq bir həftə ərzində ABŞ bayrağını yarıya endirməyi əmr edirəm. Rahat yat, Dolli. Dünya səni sevir”, – deyə Tramp yazıb.
Dolli Parton çərşənbə axşamı 80 yaşında vəfat etdi. Onun ölümünü qardaşı oğlu Brayan Siver açıqladı. Ölümün rəsmi səbəbi açıqlanmayıb.


























