image-reklam-veteninfo
image-zayu6fujgtj6eifdbackend

Tramp: Onlar güllələnmə ilə cəzalandırılmalıdır

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlar haqqında məxfi məlumatları sızdıran şəxslərin güllələnməli olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, bu açıqlamanı Arizonada keçirilən mitinqdə hərbi əməliyyatın ləğvi ilə bağlı şərh edərkən verib. Onun sözlərinə görə, əməliyyatın vaxtı sızma səbəbindən mediaya açıqlanıb. NBC News xəbər verir ki, bu barədə o, Arizonada keçirilən mitinqdə bildirib.

Tramp bildirib ki, “Mənim fikrimcə, məlumat sızdıran xainlər güllələnməlidir”.

O, “ölkəyə nə vaxt hücum edəcəyiniz” barədə məlumat verənləri nəzərdə tutduğunu aydınlaşdırdı.

Amerika prezidenti həmçinin sızma mənbələrinə qarşı sərt tədbirlər görülməsinə çağıraraq onları “cəmiyyətin əsl zibili” adlandırıb.

Tramp deyib: “Onlarla çox, çox ciddi şəkildə davranılmalıdır”.

ABŞ prezidentinin sözlərinə görə, məlumat sızması bir vaxtlar hərbi kampaniyanın ləğv edilməsinə səbəb olmuşdu.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki