ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə hücum planlaşdırmadığına əminliyini ifadə edib.
Vətəninfo.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mənim onunla yaxşı danışıqlarım olub. O, NATO ərazisinə hücum etməyəcək”, – ABŞ lideri Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutaraq bildirib.
Tramp ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Rusiyaya son səfərində bu mövzunun müzakirə olunub-olunmadığına toxunmayıb.


























