TRT-nin sədri Mehmet Zahid Sobacı Türkiyədə səfərdə olan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov ilə Ankarada görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlığın yeni istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb və razılaşma əldə olunub. Bura ortaq bədii və sənədli filmlərin çəkilməsi, cizgi filmlərinin hazırlanması, həmçinin, xəbər sahəsində birgə əməkdaşlıq kimi mühüm məsələlər daxildir. Daha sonra TRT-nin studiyalarına, yaradıcı və texniki mərkəzlərinə baxış olub, təcrübə mübadiləsi aparılıb.
Rövşən Məmmədov Türkiyəyə səfəri çərçivəsində YTB (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı) rəhbəri Abdullah Erenlə də görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq istiqamətləri və AzTV əməkdaşlarının Türkiyədə təhsil məsələləri müzakirə olunub.