Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya Şırnak və Diyarbəkirdə qırmızı və boz kateqoriyada axtarılan 2 terrorçunun zərərsizləşdirildiyini bildirib.Vətəninfo.az xəbər verir ki, Yerlikaya sosial media hesabından etdiyi paylaşımda şəhidlərin qanının yerdə qalmadığını, zərərsizləşdirilən terrorçuların 9 mühafizəçinin şəhid olduğu, 21 mühafizəçinin yaralandığı hadisələrdə iştirak etdiyini bildirib.
Əməliyyatı həyata keçirən polis və jandarma personalını təbrik edən nazir Əli Yerlikaya son terrorçu zərərsizləşdirilənə qədər mübarizəni əzm və qətiyyətlə davam etdirəcəklərini deyib.