image-361480_crop_0backend

Türkiyə siyasətçilərindən Baydenin bəyanatına sərt reaksiya

image-reklam_sirab_01

“Siyasi hesab uğruna tarixin təhrif edilməsinin bir nümunəsi olan Baydenin 1915-ci il hadisələrinə dair qiymətləndirməsini rədd edirik”.

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay özünü tvitter səhifəsində yazıb. “Ermənilər tərəfindən qurulmuş əsassız iddialara söykənən və erməni üsyançılar tərəfindən qətlə yetirilən türklərin əzablarını, ağrılarını gözardı edən bu açıqlamanın millətimiz və tarix qarşısında heç bir dəyəri yoxdur. Həqiqətləri görmək istəyənlərə arxivimiz açıqdır”.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun da ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsinə sərt reaksiya bildirib. “Bayden rəhbərliyinin 1915-ci il hadisələrini “soyqırım” kimi qiymətləndirməsini qətiyyətlə rədd edirik və bunu ən sərt şəkildə qınayırıq. Vaşinqton şərəfli tariximizə kölgə salmağı seçdiyindən ikitərəfli münasibətlərimiz baxımından son dərəcə uğursuz, kədərli bir gün yaşayırıq”.

Erməni terror təşkilatı ASALA-nın ABŞ-da Los Ancelesdə Baş konsulumuz Mehmet Baydarı 1973-cü ildə necə qətlə yetirdiklərini və digər qətliamlarını unutmadıq”-deyə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) katibi Numan Kurtulmuş özünün tvitter səhifəsində bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki