24 fevral axşamı iki A400M təyyarəsi Türkiyədən Ukraynaya göndərilib.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
“Hava məkanının bağlanmasına görə Borispol Hava Limanında iki təyyarəmiz gözləməkdədir. Bu mövzuda həm Rusiya, həm də Ukrayna tərəfi ilə təmaslarımız davam edir”, – nazir vurğulayıb.