Türkiyə Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnaməyə ABŞ-ın veto qoymasının “tam məyusluq” olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə günü TRT telekanalına müsahibəsində deyib: “Dostlarımız ABŞ-ın indi bu məsələdə, xüsusən də bu gün Birləşmiş Millətlər Təşkilatında keçirilən səsvermədə tək olduğunu təkrarladılar”.
O, Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasından olan həmkarları ilə görüşdən sonra danışıb.
Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında atəşkəslə bağlı qətnaməyə veto qoyub.


























