image-2af56770-ca8a-445d-93e9-fa1accc39cc0_850backend

Türkiyəyə qarşı tarixi ədalətsizlik yolverilməzdir.

image-reklam_sirab_01

 

 

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma erməni soyqırımı məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nın növbəti il dönümü ilə bağlı açıqlamasında soyqırımı ifadəsinin işlədilməsi qətiyyətlə pislənir.Co Baydenin bu ifadəni işlətməsi siyasi qisas naminə tarixi həqiqətləri təhrif etməkdir.Heçbir tarixi əsası olmayan,heç bir konkret fakta əsaslanmayan  qondarma soyqırımı gündəmə gətirənlər islamafobiyanın əsirinə çevriliblər.Ümumiyyətlə saxtakarlıq üzərində qurulmuş erməni dövləti bütün dövrlərdə tarixi saxtalaşdırmağa səy göstərib.Guya Osmanlı imperiyasında ermənilərə qarşı soyqırım törədildiyini dünyaya inandırmağa cəhd göstəriblər.Ermənilərin tarixi faktları saxtalaşdırmaq  siyasəti qardaş Türkiyə ilə yanaşı uzun illərdir Azərbaycana qarşıda həyata keçirilir.Son dövrlərdə qondarma soyqırımla bağlı iddiaların səbəbkarı təkcə erməni lobbisi deyil,həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir.Məqsəd tarixi faktların araşdırılmasıdırsa siyasi məqsədlərə görə tarix saxtalaşdırılmamalı,bu iş ixtisaslaşmış tətqiqat institutlarına,tanınmış tarixçilərə həvalə edilməlidir.Türkiyə öz arxivlərini tarixçilərə açmağa,göstərməyə hazır olduqlarını dəfələrlə bildirmiş, birgə komissiyanın yaratmaq təklifi vermişdir. Ermənilərin bu hiyləgər siyasətinin arasında  onlara təzminat ödənilməsini və Türkiyə ərazisinin bir hissəsinin ermənistana verilməsi kimi cəfəng tələblər durur.Türkiyənin dünyada nüfuzunun artması,mövqeyinin möhkəmlənməsi bəzi güclərin narahatçılığına səbəb olub.Türkiyəyə təzyiq göstərmək məqsədi ilə qondarma “erməni soyqırımı” yalanını ortaya atmışlar.ABŞ Prezidenti Co Baydenin səsləndirdiyi tarixi həqiqətlərin təhrif olunmasına Azərbaycanda  da haqqlı olaraq narazılıq yaranıb.Bununla əlaqədar olaraq Azərbaycanda  48 siyasi partiya bəyanat  qəbul etmişdir.Siyasi partiyalar hər zaman qardaş Türkiyəyə dəstək olduqlarını bəyan edib.ABŞ Prezidentinin  qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini pisləyirlər.

 

 

Qasımov Babək

Nəsimi rayonu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki