image-1backend

Ukrayna bu yaşayış məntəqələrini nəzarətə götürdü

image-reklam_sirab_01

Ukrayna prezidenti Volodimir Zelenski ordunun Rusiyanın Kursk vilayətində 1250 kvadrat kilometrdən çox ərazini və 92 yaşayış məntəqəsini nəzarətə götürdüklərini bildirib.

Nəticə yoxdur.

Vətəninfo.az xəbər verir ki, Zelenski ölkəsinin xaricdəki səfirləri ilə görüşündə deyib: “Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətinin müəyyən bölgələrində müdafiə əməliyyatları gedir. Qüvvələrimiz 1250 kvadrat kilometrdən çox əraziyə və 92 yaşayış məntəqəsinə nəzarət edir. Biz mövqelərimizi gücləndirməyə, bəzi əraziləri sabitləşdirməyə və Ukrayna üçün əsir mübadiləsi fondunu doldurmaqdayıq. Ümumiyyətlə, bu əməliyyat ukraynalıların Rusiyanın əsirliyi prosesinə ən böyük sərmayəsinə çevrilib. Bir əməliyyatda ən çox sayda rus əsiri tutduq. Bu, mühüm nəticədir.

Əgər tərəfdaşlarımız Rusiya ərazisində silah istifadəsinə dair mövcud məhdudiyyətləri də aradan qaldırsalar, xüsusilə öz ərazimizi qorumaq üçün Kursk bölgəsinə fiziki olaraq girməyə ehtiyac qalmayacaq. Ukrayna vətəndaşları sərhəd bölgəsində Rusiyanın təcavüz potensialını ortadan qaldırır”.

Qeyd edək ki, Rusiya tərəfi isə ordusunun Donetsk vilayətindəki Artyomovo qəsəbəsini ələ keçirdiyi barədə məlumat yayıb. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, “Mərkəzi Hərbi Qrup bölmələrinin fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Artyomovo qəsəbəsini azad edib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki