image-1backend

Ukrayna Rusiyaya raket tədarükünə görə İranla diplomatik əlaqələri kəsə bilər

image-reklam_sirab_01

“Wall Street Journal” nəşri ötən həftə ABŞ və Avropa rəsmilərinə istinadən yazıb ki, İran Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya ballistik raketlər göndərib.
Vətəninfo.az xəbər verir ki, buna cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyi açıqlayıb ki, Rusiya Ukraynadakı müharibədə İran raketlərindən istifadə edərsə, Kiyev Tehranla əlaqələri kəsə bilər.
Məlumata görə, Ukrayna XİN-dən bildirilib ki, İranın ballistik raketlərinin Rusiyaya ötürülmsi faktı öz təsdiqini taparsa və raketlərdən istifadə qeydə alınarsa, Ukrayna müvafiq tədbirlər görəcək, o cümlədən İranla mümkün diplomatik münasibətləri kəsəcək. (Entekhab)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki