Ukraynada müharibədə həlak olan uşaqların sayı 221-ə çatıb.
Veteninfo.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu “Telegram”da məlumat yayıb.
Bildirilib ki, mayın 5-i səhər saatlarına olan məlumata görə, 221 uşaq həlak olub, 408 uşaq yaralanıb.
Partlayışlar və mərmilər 1584 təhsil müəssisəsinə ziyan vurub, onlardan 118-i tamamilə məhv edilib.
Baş Prokurorluqdan bildirilib ki, aktiv hərbi əməliyyatların aparıldığı əraziləri və müvəqqəti işğal olunmuş əraziləri yoxlamaq mümkün olmadığı üçün bu məlumatlar tam dəqiq deyil.