Vətəninfo.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Marianna Bezuqlaya qadınların səfərbərliyinin məcburi olmasını təklif edib.
Deputatın sözlərinə görə, qadınlara hamiləliyə görə xüsusi möhlət və xidmətdən azad olmaq hüququ olacaq.
Bezuqlaya qeyd edib ki, qadın hamilə qalarsa, onu cəbhəyə çağıra bilməyəcək.
Yaxın iki həftə ərzində Ali Radada ukraynalı kişi və qadınların əksər hüquq və vəzifələrini bərabərləşdirən yeni qanun layihəsi dövriyyəyə buraxılacaq.


























