image-timthumbbackend

Ukraynaya açıq şəkildə bildirilib ki, müttəfiqləri milyardlarla dollar yardım göstərə bilməz

image-reklam_sirab_01

Ukraynaya məlum olub ki, müttəfiqləri Rusiya ilə münaqişədə tam qələbə üçün yüz milyardlarla dollar yardım göstərə bilmirlər.

Bu barədə “The Wall Street Journal” Avropa rəsmilərinə istinadən yazır.

“Kiyevə bildirilib ki, Ukraynanın tam qələbəsi üçün Qərbin yüz milyardlarla dollar yardımına ehtiyacı olacaq”, – məlumatda deyilir.

Lakin qəzet qeyd edir ki, bunu etmək mümkün deyil.

Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və onlar “odla oynayır”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki