image-001backend

Ulu öndərin doğum günü Yevlaxda qeyd edidi

image-reklam_sirab_01

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Yevlaxda qeyd edilmişdir.
İlk öncə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və rayonun ictimaiyyətinin bir qrup nümayəndəsi Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar.
Sonra Bəşir Səfəroğlu adına Xalq Teatrının binasında movcud karantin tələblərinə uyğun qaydada tədbir davam etdirilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbirdə çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyev tarixi şəxsiyyət olmaqdan əlavə həm də tarix yaradan şəxsiyyət olmuşdur. Natiq vurğulamışdır ki, Sovetlər birliyi dövründə Heydər Əliyevin gərgin əməyi və böyük fədkarlıqları nəticəsində Azərbaycanda bütün sahələrdə müsbət dəyişikliklər əldə edildi, ölkə müasirləşdi və xalqımızın rifahı, yaşam səviyyəsi qat-qat artdı. Ulu öndərin quruculuq fəaliyyətinin Azərbaycanın bütün bölgələri kimi Yevlax rayonunda da özünü aydın göstərdiyini deyən Anar Tağıyev Heydər Əliyevin səyləri nəticəsində ötən əsrin 70-ci illərindən etibarən Yevlaxın bütün Qafqazın ən güclü sənaye mərkəzlərindən birinə çevrildiyini qeyd etmişdir.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişini xilaskarlıq missiyası kimi səciyyələndirən natiq bildirdi ki, dövlət və xalq böyük bəlalardan qurtuldu, Azərbaycan məhv olmaqdan xilas edildi: “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ancaq mən hesab edirəm ki, ulu öndərin digər şah əsəri həm də onun yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Ən əsası isə bu məktəbi, irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən cənab İlham Əliyev şəxsiyyətidir”.
Ali Baş Komandanın müzəffər Sərkərdəliyi ilə uzun illər ərzində davam edən münaqişənin 44 gün ərzində tam Zəfərlə yekunlaşdığını qeyd edən Anar Tağıyev vurğuladı ki, Prezident İlham Əliyevin azad edilmiş Qarabağda ucaltdığı müqəddəs bayrağımız həm şəhidlərimizin, həm də ulu öndərimizin ruhlarına ən böyük ehtiram abidələridir: “Bu gün cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazın yeni təhlükəsizlik sistemini, müasir iqtisadi-siyasi inkişaf konfiqurasiyasını yaradır. Zəngəzur dəhlini həyata keçirməklə isə ulu öndərin daha bir vəsiyyətini reallaşdırmış olacaq”.
Azərbaycanda bu gün əldə olunan böyük nailiyyətlər və qazanılan zəfərləri ulu öndərin əsasını qoyduğu təməllərin nəticəsi kimi dəyərləndirən İcra Hakimiyyətinin Başçısı bildirdi ki, Qarabağın dirçəlişi və quruculuğu prosesində ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında Heydər Əliyev Fondu da fəal iştirak edəcəkdir.
“ABŞ üçün Corc Vaşinqton, Türkiyə üçün Atatürk, Almaniya üçün Adenaur hansı tarixi missiya sahibirsə, Heydər Əliyev də Azərbaycan üçün daha artıq dəyərə sahibdir” – deyən Anar Tağıyevin fikrincə, ulu öndər həm qurucu lider, həm də Azərbaycanın inkişaf yoluna daim işıq salan mayakdır, Heydər Əliyev elə Azərbaycan deməkdir!”
Tədbirdə Ulu öndər H.Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirildi. Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın tarixində müstəsna xidmətlərindən, müasir Azərbaycan Dövlətçilik ənənələrinin fromalaşmasındakı rolundan bəhs etdi.
Sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 98–ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmış, “Heydər Əliyev–98” intellektual bilik yarışmasının qaliblərinə kubok təqdim edilmişdir.
Tədbirin sonunda Yevlax rayon mədəniyyət işçiləri ədəbi–bədii kompozisiya ilə çıxış etmişlər.

image-004

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki