image-69bc1891-3369-4d1e-9c73-df1bebc3fc35backend

Ulu öndərin ən yaxın silahdaşı-görkəmli və müasir dövlət xadimi İlham Əliyev

image-reklam_sirab_01

 

15 oktyabr 2003-cü il tarixində Azərbaycan xalqı növbəti dəfə öz firavan gələcəyini düşünərək, ulu öndər Heydər Əliyev siyasətinə-sabitliyə, tərəqqiyə, əmin-amanlığa və inkişafa səs verərək, İlham Əliyevi 76.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu parlaq qələbə qədirbilən və müdrik Azərbaycan xalqının Heydər Əliyev siyasətinə sadiqliyinin bəyanı idi.
Müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşı olmuş İlham Əliyevin 31 oktyabr 2003-cü ildə andiçmə mərasimindəki çıxışını hər birimiz yaxşı xatırlayırıq: “Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs vermişdir. Mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”.
İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda yeni inkişaf mərhələsinə start verildi və bütün sferalarda həyata keçirilən inqilabi islahatlar nəticəsində ölkənin ictimai-siyasi, dövlət idarəçiliyi, iqtisadi və digər sahələrində müstəsna əhəmiyyətə malik işlər görüldü. Keçən dövr ərzində müstəqilliyimiz daha da möhkəmləndi, ölkənin iqtisadi artımı nəzərə çarpacaq dərəcədə yüksəldi, ordumuz müasir tələblərə uyğun silahlarla modernləşdirildi. Həyata keçirilən bu genişmiqyaslı tədbirlər uzaqgörən siyasətin nəticəsi idi.
Hələ 2003-cü il 1 oktyabr tarixində ulu öndərin xalqa müraciəti yaddaşımızdan silinməyib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən dahi liderin keçən illər ərzində necə də haqlı olduğunu görürük. Bu tarixi çıxışı Azərbaycan xalqı öz liderinin onun qarşısında olan sonuncu xidməti kimi dəyərləndirir. Ümummilli liderin ömrünün yetməməsi səbəbilə həyata keçirə bilmədiyi Azərbaycan xalqının taleyüklü məsələlərini cənab Prezident çox uğurla həyata keçirir.
Yüksək intellektə, dərin mədəniyyətə, geniş dünyagörüşünə və peşəkar idarəçiliyə malik İlham Əliyev müasir, çevik, praqmatik və realist siyasətçi kimi bütün dünyada qəbul olunur və hörmət görür. Bütün beynəlxalq tribunalardan Azərbaycanın milli maraqlarını hər zaman layiqincə müdafiə etməyi bacaran İlham Əliyevin xüsusən beynəlxalq hüquq tərəfindən qəbul olunmuş ərazi bütövlüyümüzün bərpası üçün etdiyi səyləri xalqımız çox yüksək qiymətləndirir.
Ölkəmiz artıq beynəlxalq layihələrin mərkəzinə çevrilib. Belə ki, Avropa və Asiyanı birləşdirən şimal-cənub, şərq-qərb nəqliyyat-kommunikasiya və enerji layihələrinin marşrutu Azərbaycandan keçir. Geosiyasi əhəmiyyətli bu tədbirlər dövlətimizin milli maraqları nəzərə alınmaqla reallaşır. Bu layihələr ölkəmizin nüfuzunu artırmaqla yanaşı, həm də onun mövqeyini möhkəmlədir.
Son 19 illik tarixə qısa baxışla nəzər salsaq görərik ki, ölkəmiz dayanıqlı və davamlı inkişafa nail oldu, beynəlxalq aləmdə nüfuzumuz daha da artdı. Bu gün Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin arzuladığı Azərbaycan kimi çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxış edir.
Ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə də yol açmış oldu və haqlı mövqeyinizi dəstəkləyən dövlətlərin və təşkilatların sayı getdikcə artdı. Diplomatik mübarizədə qələbə qazandığımız uğurlar hərb meydanında da ölkəmizin qalibiyyətini şərtləndirdi və 44 günlük Vətən müharibəsində şanlı ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün işğal olunmuş torpaqları geri qaytardı.
Dövləti xalqın gücünə söykənən, onun dəstəyini daim görən ləyaqətli, əzmkar və qətiyyətli siyasətçi idarə edəndə dövlət daha qüdrətli olur, inkişaf edir və vətəndaş da özünü güvənli hiss edir.
Azərbaycan xaqlı tam əmindir ki, Heydər Əliyev yolunun uğurlu davamı ölkəmizə bundan sonra da möhtəşəm uğurlar qazandıracaq.

Eldəniz Zeynalov

Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki