image-img-20210501-wa0018backend

Ülvi Quliyev: “Azad Rəhimov idman camiyəsində mənəvi saflığın yüksəlməsinə xidmət etdi”

image-reklam_sirab_01
Milli Məclisin deputatı, Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
Millət vəkili Veteninfo.az-a  bunları bildirib:
”Azad müəllimin vaxtsız ölüm xəbəri idman ictimaiyyətinin nümayəndələrindən biri kimi məni də sarsıdıb. Azad müəllim yüksək təşkilatçılıq qabiliyyəti ilə yanaşı, səmimi insani keyfiyyətləri ilə ölkə idmanının inkişafında mühüm rol oynadı, idman camiyəsində mənəvi saflığın yüksəlməsinə xidmət etdi. Əminəm ki, onun bu xidmətlərini və əziz xatirəsini idmançılarımız və gənclərimiz unutmayacaqlar, xatirələrində bundan sonra da yaşadacaqlar. Dərin hüznlə Azad müəllimin ailə üzvlərinə, doğmalarına və idman ictimaiyyətinə başsağlığımı bildirirəm. Allah rəhmət eləsin”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki