image-zulfiyye-mustafayevabackend

Vaksinasiyanın əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası

image-reklam_sirab_01

Statistik məlumatlara əsaslanaraq deyə bilərik ki, Azərbaycanda Respublikası ərazisində pandemiya başladığı dövrdən bugünədək koronavirus infeksiyasından ölənlərin sayı 1,1 faiz, ağır keçirənlərin göstəricisi isə 6 faiz təşkil etmişdir. Dövlət tərəfindən pandemiya dövrü ərzində həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində, minimum insan itkisi və ağırlaşma göstəricisi qeydə alınmışdır.
Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən və digər mənbələr hesabına bötüvlükdə təxminən 2,5 milyard manat vəsait ayrılmışdır. Eyni zamanda dünya ölkələri arasında vaksin əldə olunması çətinliyinə baxmayaraq, Azərbaycana kifayət qədər vaksin gətirilmiş və könüllülük əsasında əhalinin vaksinasiyasına başlanılmışdır. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmiş, həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.
Ümumiyyətlə ölkədə insanların sağlamlığının qorunması, az vəsaitlə pandemiyaya qarşı mübarizənin səmərəli təşkil edilməsi məqsədilə vaksinasiya tədbirlərinin həyata keçirilməsi daha məqsədəmüvafiq hesab edilir. Bu məqsədlə əhali könüllü şəkildə bu prosesdə iştiraka maraqlı olmalı, həm öz sağlamlıqlarını həm də vaksinasiya həyata keçirilmədiyi halda yaranabiləcək tibbi və iqtisadi ağırlaşmanı nəzərə almalıdır.
Hər il vaksinlər 2-3 milyon insanın həyatını xilas edir. Bu o deməkdir ki, vaksin olunma pandemiyaya son qoymaq və yaxınlarımızla birlikdə zövq aldığımız işlərin çoxu ilə məşğul olmağa qayıtmaq üçün qlobal səylərimizdə irəliyə doğru böyük bir addımdır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.
Vaksinasiyadan keçmiş şəxlərə “Peyvənd sertifikatı” təqdim olunur ki, bu da bizim vaksin olunmağımızın rəsmi sübutu olmaqla yanaşı həm də rahat şəkildə digər ölkələrə səyahətimizi, ictimai-sosial məkanlarda rahat iştirakımızı təmin edir.
Peyvəndlənmə fərdin sosial məsuliyyətidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər qorunmuş olar. Özümüzü qorumaqla, ailəmizi, sevdiklərimizi, ətrafımızı, ölkəmizi bütün cəmiyyətimizi qorumuş olarıq!

Suraxanı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Zülfiyyə Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki